18 
Yan
2019
13:50
107
62
5690
Virtual karabakh

Bakıda mağazadan oğurluq etmək istəyən yeniyetmə tutulub - FOTO/VİDEO

18 Yan, 2019
13:50
5690

Bakıda mağazadan oğurluq etmək istəyən yeniyetmə tutulub - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gün əvvəl paytaxtın Nəsimi rayonu H.B.Əliyev küçəsində yerləşən geyim və mobil telefonların satışı mağazasından oğurluğa cəhdinin qarşısı alınıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, gecə saatlarında Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan mağazalardan Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. 

İdarə əməkdaşları dərhal operativ reaksiya göstərərək hadisə yerinə çıxıb və hər iki obyektin giriş qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən Teymur Cəfərov hadisə yerində saxlanılıb. 

Hadisəni törədən şəxs saxlanılıb aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinə təhvil verilib. Şöbədə araşdırma zamanı oğurluğa cəhd göstərən şəxsin yetkinlik yaşına çatmadığı məlum olub. Faktla bağlı başlanan araşdırmalar davam etdirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri