Fev
2019
09:20
10
157
2800
Virtual karabakh

Paytaxtda iki gənc bıçaqlandı - VİDEO

Gecə saatlarında paytaxtın Bakıxanov qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qarayev Anar İlqar oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. 

Oxu.Az-ın xəbərinə görə, A.Qarayev Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Yaralıya qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. 

Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

Daha bir oxşar hadisə paytaxtın “Həzi Aslanov” metrostansiyası yaxınlığında baş verib. 1991-ci il təvəllüdlü İsmayılov Elnur Ramiz oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

E.İsmayılov Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda vəziyyəti qənaətbəxşdir. 

Hər iki faktla bağlı araşdırma aparılır. 

Elvin Nüsrətoğlu, Elşad Mətləboğlu

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri