15 
Fev
2019
11:41
127
39
3430
Virtual karabakh

“Kalaşnikov”la gəzən Hacıqabul sakini saxlanıldı - FOTO

15 Fev, 2019
11:41
3430

“Kalaşnikov”la gəzən Hacıqabul sakini saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qanunsuz silah-sursat saxlayan Hacıqabul rayon sakini saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, fevralın 13-də daxil olmuş məlumat əsasında Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Yevlax st. Xətt Polis Şöbəsinin əməkdaşlarının saxladığı şəxs Əli Zülfüqarovdur.

Onun üzərinə şəxsi baxış keçirilən zaman qanunsuz olaraq saxladığı bir ədəd 7.62 kalibrli “Kalaşnikov” avtomatı, iki ədəd sandıq və 7.62 kalibrli 60 ədəd döyüş patronları aşkar edilərək götürülüb.

Götürülmüş silah-sursat maddi sübut kimi ekspertizaya təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri