18 
Okt
2013
15:31
8
42
3966
Virtual karabakh

Bakıda 15 manata görə adam öldürdülər

18 Okt, 2013
15:31
3966

Bakıda 15 manata görə adam öldürdülər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Taksi sürücüsü ayağından bıçaqlandı.

Oktyabrın 17-də, saat 22:00 radələrində Səbayıl rayonunda qətl törədilib.

Qətlin qurbanı 1990-cı il təvəllüdlü taksi sürücüsü Tərlan Sultanov olub.  

Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Səbayıl rayon 9-cu polis bölməsindən bildiriblər.

Cinayət İçərişəhərdə, Ə.Əliyev küçəsi, 3 saylı evin qarşısında baş verib. Faktla bağlı saxlanılmış 1991-ci il təvəllüdlü Ağamirzə Əlizadə Sultanovu öldürmək istəmədiyini bildirib.

O, Sultanovun ayaq nahiyəsindən bir bıçaq zərbəsi endirib. Lakin zərbə məhz əsas arteriyaya dəyib və elə alınıb ki, Sultanov təcili yardım maşını gələnədək qanaxmadan ölüb.

İlkin istintaq zamanı müəyyənləşdirilib ki, Əlizadənin tanışı Sultanova 15 manat borcu var imi. Taski sürücüsü bir dəfə onu təyinat yerinə gətirib, lakin pul almayıbmış. Sultanov Əlizadənin yanına gələrək, öz pullarını qaytarmağı, bu qədər vaxt keçsə də, borcunu ala bilmədiyini bildirib. Gənc insanlar arasında münaqişə yaranıb və sonda qan tökülüb.

Faktla bağlı araşdırma davam edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri