14 
Avq
2017
11:49
153
40
7798
Virtual karabakh

AZTV-nin 16 yaşlı solisti tələbə oldu — FOTO

14 Avq, 2017
11:49
7798

AZTV-nin 16 yaşlı solisti tələbə oldu — FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran-Pri mükafatının sahibi Almaxanım Əhmədli tələbə adını qazanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ölkə.Az-a gənc xanəndənin atası, tanınmış şair, professor Vüqar Əhməd məlumat verib: “Qızım Azərbaycan Milli Konservatoriyasının Solo oxuma fakültəsinə daxil olub. Çox sevincliyəm. Almaxanımın uğurlarına sevinməyə bilmərəm. Çünki o, bütün uğurlarını öz zəhməti hesabına əldə edib. Gecə-gündüz məşqlər, çəkdiyi zəhmət, nəhayət ki, bəhrəsini verdi. Qızımın müəllimi, Əməkdar artist Təyyar Bayramovu da təbrik edirəm”.

Qeyd edək ki, Almaxanım Əhmədli AZTV-nin də solistidir. Bu ayın 18-də Almaxanımın 16 yaşı tamam olur.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri