15 
Sen
2017
16:47
17
177
18629
Virtual karabakh

Bir mahnının sirri - Fikrət Əmirov, yoxsa Ara Gevorqyan? - AUDİO

Bu gün ölkənin bütün məktəblərində dərs ilinin başlanması xüsusi tədbirlərlə qeyd olunsa da, Masazırda yerləşən 3 saylı məktəbdə baş verən hadisə valideynlərin narazılığına səbəb olub.

Oxu.Az xəbər verir ki, övladı 1-ci sinifə gedən valideynlərdən biri sosial şəbəkədə məktəbdə açılış mərasimi zamanı şagirdlərin erməni bəstəkarı Ara Gevorqyanın “Artsax” əsəri ilə xüsusi rəqs kompozisiyası təqdim etdiyini bildirib. Buna görə məktəb rəhbərliyinə etiraz olunub. Lakin həmin mahnının Fikrət Əmirovun “Qarabağ mirvarisi” adlı əsəri olduğu iddia olunub.

Oxu.Az sözügedən mübahisəli məsələ ilə bağlı Xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi ilə əlaqə saxlayıb.

“Bu, Fikrət Əmirovun əsəri ola bilməz. Mən onu F.Əmirovun əsərlərinin siyahısında görməmişəm”, - deyə bəstəkar bildirib.

F.Əmirovun oğlu Cəmil Əmirov mətbuata açıqlamasında həmin xəbəri təkzib edib: “Fikrət Əmirovun belə bir əsəri yoxdur. Bir maraqlı məqam da var: ermənilər Fikrət Əmirovun bu əsəri oğurladığını iddia etməklə atamı vururlar. Halbuki, atamın belə əsəri yoxdur. Açıq-aydın görünür ki, bu musiqi 90-cı illərin aranjimanıdır”.

Aytən Sadıqzadə
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri