May
2014
12:20
25
6
1453
Virtual karabakh

Kann festivalında daha bir Azərbaycan filmi

1 May, 2014
12:20
1453

Kann festivalında daha bir Azərbaycan filmi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Filmdə müasir Bakının fonunda oğlanın və kişinin hekayəsi göstərilir.

Gənc rejissorlar Elmar İmanov və Enqin Kundağın “Torn” (“Ayrılıqda”) filmi 14-25 may tarixlərində Kann festivalı çərçivəsində keçiriləcək “Rejissor ikihəftəliyi”nin iştirakçısı olacaq. 

Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, “Torn” qısametrajlı filmində müasir Bakının fonunda oğlanın və kişinin hekayəsi göstərilir. Oğlan uşaqlarla futbol oynamaq üçün həyətə düşür. Kişi gənc qadınla birlikdə şəhərin mərkəzində binanın damına çıxır. Münasibətlər düyününü onların hər biri necə həll edəcəklər? Birlikdə, lakin eyni zamanda ayrılıqda yaşayan müasirlərimiz necədirlər? 

“Torn” filminə Fil Production Azərbaycan şirkəti Color of May alman şirkəti ilə birlikdə prodüserlik edir.

Filmin sponsoru Azərbaycan Vergilər Nazirliyidir.

“Rejissor ikihəftəliyi” – 1968-ci il may nümayişlərindən sonra yaradılan paralel festival proqramıdır. Bu, bütün dünyadan azad müəllif kinosu üçün platformadır. 

Xatırladaq ki, Serqey Pikalovun “Sonuncu” (“The last One”) Azərbaycan filmi 67-ci Kann kinofestivalının qısametrajlı filmlər müsabiqə proqramına daxil olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri