Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Aktyor Tural Əhməd Kənan İmirzalıoğlunun obrazında - FOTOSESSİYA
2011-ci ildə vətənpərvərlik mövzusunda Gənclərin Birinci Ümumrespublika teatr festivalının qalibi, aktyor Tural Əhməd “KinoSınağ”ın qonağı oldu.
İstedadlı aktyor gənc qızların sevimlisi “Best model of Turkey 1997” və “Best Model of the World 1997” müsabiqələrinin qalibi, model, aktyor Kənan İmirzalıoğlunun “Acı həyat” serialında canlandırdığı “Mehmet Kosovalı” obrazı üçün fotokamera qarşısına keçdi.
Serialın adı: “Acı həyat”
Janr: Dram
Rejissor: Abdülkadir Ceylan Ede
Ssenari müəllifləri: Aybars Bora Kahyaoğlu, Soner Pehlevan, Tangül Sınav, İsa Yıldız
Prodüser: Osman Sınav
Baş rollarda: Kenan İmirzalıoğlu, Selin Demiratar
Xronometraj: 90 dəqiqə
İl: 2005
Qeyd edək ki, Tural Əhməd “Həyat varsa”, “Sirr”, “Son hədd”, “Həyat çiçəyi” seriallarında, “Edam məhkumunun son günü”, “Xəlvətdə qalmış müdrik” və s. filmlərdə yadda qalan obrazlar yaradıb.
Layihənin müəllifi: Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
Rəylər