14 
İyl
2015
10:03
126
17
2122
Virtual karabakh

Lukaşenko Bülbüloğlunu təltif etdi

14 İyl, 2015
10:03
2122

Lukaşenko Bülbüloğlunu təltif etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gəlməyə bilməzdim”.

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın xalq artisti, professor Polad Bülbüloğluna “İncəsənət vasitəsilə sülhə və qarşılıqlı anlaşmaya doğru” xüsusi mükafatı təqdim edib. 

Oxu.Az bu barədə Belta agentliyinə istinadla xəbər verir. 

Polad Bülbüloğlu bu il Belarusda keçirilən “Vitebsk-2015” estrada mahnıları ifaçılarının müsabiqəsinin münsiflər heyətinin sədri olub.  

Mükafatlandırma beynəlxalq XXIV “Slavyan bazarı” incəsənət festivalının bağlanış mərasimində baş tutub.  

“Mən gəlməyə bilməzdim. Belə alındı ki, açılışa gələ bilmədim, lakin bağlanışda öz funksiyalarımı yerinə yetirməliyəm”, - prezident deyib. 

Polad Bülbüloğlu öz növbəsində Lukaşenkoya təşəkkür edib.

“Bütün iştirakçılar adından icazə verin gözəl ölkənin rəhbəri kimi sizə Vitebskdə keçirilən möhtəşəm musiqi bayramına görə təşəkkür edim.  

Bu mükafatı mən öz töhvəm kimi deyil, sizin Belarus və Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına diqqətiniz kimi qiymətləndirirəm”, - Polad Bülbüloğlu deyib.  
 
www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri