24 
Noy
2015
17:18
18
45
1507
Virtual karabakh

Azərbaycan və Rusiya gömrükdə yaranmış problemləri müzakirə edəcək

24 Noy, 2015
17:18
1507

Azərbaycan və Rusiya gömrükdə yaranmış problemləri müzakirə edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

200-dən çox vaqon Dərbənd stansiyasında gözləyir.

Noyabrın 26-da Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük-keçid məntəqəsində Azərbaycan və Rusiya gömrük xidməti nümayəndələrinin növbəti işçi görüşü keçiriləcək.

Dövlət Gömrük Komitəsindən (DGK) Oxu.Az-a verilən məlumata görə, görüşdə məqsəd gömrük-keçid məntəqələrində meydana çıxan problemləri yerində həll etmək və keçid məntəqələrinin işinin səmərəliliyini artırmaq üçün müvafiq tədbirlər görmək və bununla əlaqədar məlumat mübadiləsini həyata keçirməkdir.

“Azərbaycan və Rusiya gömrük xidməti nümayəndələri müxtəlif keçid məntəqələri üzrə gömrük əməliyyatları, gömrük nəzarətinin təşkili, qarşılıqlı yardım və əməkdaşlıq məsələləri ilə yanaşı, iki ölkə arasında kənd təsərrüfatı sahəsində mal dövriyyəsinin artımı və son günlərdə Azərbaycandan Rusiyaya daşınan kənd təsərrüfatı məhsullarının təyinat məntəqələrinə çatdırılmasında yaranan problemlər və onların aradan qaldırılması yollarını müzakirə edəcəklər”, - deyə komitədən bildirilib. 

Komitədən qeyd edilib ki, Rusiyada keçirilən tətillər Azərbaycandan aparılan kənd təsərrüfatı məhsullarının təyinat məntəqələrinə çatdırılmasında problemlər yaradıb:

“Hazırda Azərbaycan ərazisində istehsal edilən kənd təsərrüfatı məhsullarının ixracının gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi prosesinin daha da sürətləndirilməsi üçün gömrük orqanlarına müvafiq tapşırıqlar verilib və görülən işlər nəticəsində malların ixrac həcminin artması müşahidə olunur. 

Lakin Rusiyada yol vergisinə dair qəbul edilməsi nəzərdə tutulan yeni qanun layihəsinə etiraz olaraq Dağıstan Respublikası ərazisində yük avtomobillərinin sürücüləri nəqliyyatın hərəkətini dayandırıb ki, bu da öz növbəsində Azərbaycandan aparılan kənd təsərrüfatı məhsullarının təyinat məntəqələrinə çatdırılmasında problemlər yaradıb”. 

“Hazırda Dərbənd stansiyasında Azərbaycandan aparılan kənd təsərrüfatı məhsulları ilə yüklənmiş 200-dək vaqon gözləyir. Bu problemlə əlaqədar Dövlət Gömrük Komitəsinin rəhbərliyi Azərbaycan Respublikasının Nazirlər Kabinetini də məlumatlandırıb”, - deyə komitədən qeyd edilib. 

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri