25 
Noy
2015
18:02
22
57
3669
Virtual karabakh

Türkiyə Rusiya ilə hansı iqtisadi sahələrdə əməkdaşlıq edir?

25 Noy, 2015
18:02
3669

Türkiyə Rusiya ilə hansı iqtisadi sahələrdə əməkdaşlıq edir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyəyə Rusiyadan hər il 4 milyona yaxın turist gəlir”.

Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus təyyarənin türklər tərəfindən vurulması və bundan sonra iki ölkə arasında yaranan gərginlik “Türkiyə-Rusiya” iqtisadiyyatında hansı nəticələrə gətirib çıxara bilər?

Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, dünən Rusiya prezidenti Vladimir Putin məsələ ilə əlaqədar etdiyi şərhdə “Bu hadisənin çox ciddi nəticələri olacaq” deyə bildirmişdi. Bu gün edilən şərhlərdən də aydın olur ki, Rusiya Türkiyə ilə bir çox iqtisadi sahələrdə əlaqələri dayandırmaq niyyətindədir. 

Türkiyə Rusiya ilə hansı sahələrdə əməkdaşlıq edir?

23,5 milyon dollarlıq toyuq əti ixracı

Türkiyənin Rusiyaya ixrac etdiyi ən mühüm məhsullardan biri də toyuq ətidir. Ötən il Rusiyaya 16 milyon dollar dəyərində toyuq əti ixrac edilib. 2015-ci ilin sonunda isə bu rəqəmin 23,5 milyon dollar olacağı proqnozlaşdırılırdı. 

Ən çox turist Rusiyadan gəlir

Türkiyəyə Rusiyadan hər il 4 milyona yaxın turist gəlirdi. Türkiyəyə gələn turist sayında ikinci yeri tutan Rusiyadan 2015-ci ilin sentyabr ayına olan məlumatlara görə, 3,3 milyon turist ziyarət edib. 

Rusiya meyvə-tərəvəz istehsalçılarının əsas bazarlarından biridir

Rusiya bazarlarına təxminən 1 milyard dollar dəyərində meyvə-tərəvəz məhsulları ixrac edilir. Almaniya 300 milyon dollarla Rusiyadan sonra Türkiyə üçün ikinci əhəmiyyətli bazardır. 

Geyim sənayesi və “Çamadan” ticarəti

Bir çox Türk tekstil markasının Rusiyada investisiyası var. Bundan başqa, iki ölkə arasında rəsmi qeydlərdə olmayan “çamadan” ticarəti də mövcuddur. 

Rusiya Səudiyyə Ərəbistanı və İraqdan sonra 3-cü yerdədir

Rusiya vətəndaşları Türkiyənin mənzil bazarına investisiya edən 3-cü ölkədir. 2015-ci ilin ilk 10 ayında Türkiyə daxilində əcnəbilərə ümumilikdə 18 min 428 ev satılıb. Rusiya vətəndaşları 1750 ədəd ev ilə İraq və Səudiyyə Ərəbistanından sonra üçüncü sırada iştirak edir. 

Türk markalarının ən çox mağaza açdığı ölkə

Rusiya son illərdə Türk markalarının ən çox mağaza açdığı ölkələr sırasındadır. 30-dan çox türk markasının Rusiyada 700-dən çox mağazası var. Rusiyada mağazaların 75%-ni isə hazır geyim markaları təşkil edir. Bu sektoru mebel və ev tekstili sənayesi təqib edir. Ayaqqabı, ləl-cəvahirat və ev məhsulları istehsalçıları da Rusiyada son dövrlərdə bir çox mağaza açmışdı.

İki ölkə arasında xarici ticarətin həcmi 17,3% artmışdı

2010-2014-cü illərdə iki ölkə arasında xarici ticarət dövriyyəsinin həcmi 17,3% artaraq 26,6 milyard dollardan 31,2 milyard dollara yüksəlib. Bu ilin yanvar-avqust aylarında Rusiyadan reallaşdırılan 14,4 milyard dollarlıq idxalatın 9,1 milyard dollarını enerji sektoru üzərindən edilib. Beləcə enerji idxalatı, bu ölkədən edilən ümumi idxalatın 63,2%-ni meydana gətirib. Demir-polad sənayesi də 2 milyard dollarla idxalatda ön plana çıxan digər sektor olub.

Türk Axını

Rusiyadan başlayıb Qara dəniz üzərindən Türkiyəyə köçürülməsi planlaşdırılan təbii qaz boru xətti layihəsinin təklifi 2014-ci ilin dekabr ayında Putin tərəfindən təklif edilmişdi. Boru xəttinin planlaşdırılan təxmini daşınma həcmi ildə 63 milyard kub metr olaraq hesablanmıştı.

Türkiyənin bu layihədən ildə təxminən 14 milyard kub metr təbii qaz alması və geriyə qalan 49 milyard kub metr qazın Avropaya ixrac edilməsi planlaşdırılırdı.

Bundan başqa, iki ölkə arasında elektrik, nüvə enerji sahələrdə əməkdaşlıq mövcuddur. 

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri