25 
Noy
2015
16:46
243
35
6069
Virtual karabakh

Rusiya Türkiyə ilə müharibə etməyə hazırlaşmır

25 Noy, 2015
16:46
6069

Rusiya Türkiyə ilə müharibə etməyə hazırlaşmır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türk xalqına münasibətimiz dəyişməyib.

Rusiya Türkiyə ilə müharibə etməyə hazırlaşmır.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası XİN rəhbəri Sergey Lavrov Rusiya və xarici KİV-ə verdiyi müsahibəsində bildirib.

Lavrovun sözlərinə görə, Rusiyanın türk xalqına münasibəti dəyişməyib.

“Bizim indiki türk hökumətinin davranışlarına dair suallarımız yaranır”, - RF XİN rəhbəri bildirib.

Qeyd edək ki, çərşənbə axşamı Rusiyanın Su-24 təyyarəsi Suriyada qəzaya uğrayıb.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, təyyarə Türkiyə təyyarəsindən atılan “hava-hava” raketi ilə Suriya ərazisi üzərində vurulub və Türkiyənin sərhəddindən 4 km uzaqlıqda Suriya ərazisində yerə düşüb.

E.Ə.
www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri