Fev
2016
16:34
17
175
8468
Virtual karabakh

Vergilər Nazirliyində növbəti vəzifə bölgüsü - YENİLƏNİB

8 Fev, 2016
16:34
8468

Vergilər Nazirliyində növbəti vəzifə bölgüsü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fazil Məmmədov yeni rəis təyin edib.

Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib. 

Bu barədə Oxu.Az Report-a istinadən xəbər verir. 

Vergilər naziri Fazil Məmmədovun əmri ilə ədliyyə müşaviri Vüqar İsmət oğlu İsmayılov Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinə rəis təyin edilib.

Qeyd edək ki, adıçəkilən departamentin əvvəlki rəisi Zeynalabdin Məmmədzadə nazirin ötən həftə imzaladığı əmrlə Hüquq Baş İdarəsinin rəisi təyin olunub.

F.Məmmədovun digər əmri ilə nazirliyin xüsusi işlər üzrə bölməsi nazirin birbaşa kuratorluğuna keçirilib.

Qeyd edək ki, günün birinci yarısında vergilər nazirinin imzaladığı digər əmrə əsasən, F.Məmmədov Daxili təhlükəsizlik Baş İdarəsi və informasiya texnologiyaları və proqram təminatı şöbəsinə nəzarət edəcək.

10:38

Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, vergilər naziri Fazil Məmmədovun əmri ilə vergi xidməti müşaviri Elçin Bəylər oğlu Bəylərov Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəsinə yeni rəis təyin edilib.

Vergilər nazirinin digər əmrinə əsasən, Daxili Təhlükəsizlik Baş İdarəsi və informasiya texnologiyaları və proqram təminatı şöbəsinə birbaşa olaraq nazir nəzarət edəcək.

Nazir müavini Sahir Məmmədxanov Hüquq Baş İdarəsi, Maliyyə-təsərrüfat İdarəsi, İnsan Resursları İdarəsi və mühasibat uçotu şöbəsinə nəzarət edəcək.

Nazirin digər müavini Sahib ƏIəkbərovun nəzarətinə isə Nazirliyin Aparatı, Vergi ödəyicilərinə xidmət Baş İdarəsi və analitik-informasiya şöbəsi verilib.

F.Məmmədovun digər əmri ilə büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri təyin edilən Habil Məmmədov həm də Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəsinin fəaliyyətini kuratorluq edəcək.

Nazirin beynəlxalq münasibətlər və tədris sahələri üzrə müşaviri Ələkbər Məmmədova isə Vergilər Nazirliyi Tədris Mərkəzinin fəaliyyətinin tənzimlənməsi tapşırılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri