Bütün icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 2780,7 milyon manatlıq və ya əvvəlki ildəkindən 13,3 faiz çox vəsait qalıb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, orta hesabla hər nəfərə düşən həcmi 321,2 manat təşkil edib.
Cari ilin yanvarında Azərbaycan əhalisi 3080,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 12,2 faiz çox gəlir əldə edib.