Azərbaycanda qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi dəyişdirilib.
Bu barədə Oxu.Az-a Əmanətlərin Sığortalanması Fondundan bildiriblər.
ADİF-dən qeyd ediblər ki, Fondun Himayəçilik Şurasının martın 1-də qəbul etdiyi qərara əsasən, bu gündən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3%, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsininin yuxarı həddi 12% müəyyən edilib.
Bu gündən etibarən, illik faiz dərəcəsi yuxarıda göstərilən rəqəmləri ötməyən əmanətlər 3 il müddətinə tam sığortalanır.
Martın 1-dən etibarən üzv banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi xarici valyutada 3 faizdən və milli valyutada12 faizdən yuxarı olarsa, bu əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.