29 
Mar
2017
12:06
54
14
3174
Virtual karabakh

Banklar ilə bağlı qanuna dəyişiklik gözlənilir

29 Mar, 2017
12:06
3174

Banklar ilə bağlı qanuna dəyişiklik gözlənilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda bankın öhdəliklərinin könüllü restrukturizasiyası proseduru tətbiq olunacaq”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, bank öhdəliklərinin könüllü restrukturizasiyası ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət edə biləcək. Ərizəyə məhkəməyə təqdim olunandan sonra 10 təqvim günü ərzində baxılacaq və qərar qəbul ediləcək.

Komitənin iclasında çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı deyib ki, könüllü restrukturizasiya dünyada tətbiq olunan bir prosedurdur: “Bizim təklif etdiyimiz qanun layihəsi paketində könüllü restrukturizasiya önəmli bir yer tutur. 

Bu, ödəmə qabiliyyətini itirmiş, problemlərlə üzləşmiş banklar üçün çıxış yollarından biridir.

Bankın səhmdarları belə hallarda kreditorlara müraciət edə və onlarla danışıqlar apara bilər. Məsələn, hər hansı kreditor sabah bankdan 100 manat almalıdırsa, deyə bilər ki, o həmin pulu sabah yox, 5 il sonra ala bilər. 

Yaxud kreditorlar bankın səhmlərinin bir hissəsinə sahib ola bilər. Könüllü restrukturizasiya zamanı bankın sağlamlaşdırılması ilə bağlı restrukturizasiya planı təqdim edilməlidir. Bu təcrübə 2008-2009-cu illərdə, qlobal maliyyə böhranı dövründə tətbiq olunub”.

Layihə MM-in iclasına tövsiyə olunub.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri