10 
Apr
2017
21:40
50
265
2989
Virtual karabakh

Nazir: Şopinq Festivalı büdcəyə 50 milyon manat gəlir gətirə bilər

10 Apr, 2017
21:40
2989

Nazir: Şopinq Festivalı büdcəyə 50 milyon manat gəlir gətirə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şopinq Festivalı MDB ölkələrində ilk olaraq Azərbaycanda keçirilir.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Şopinq Festivalının açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu festival zamanı dünya təcrübəsi öyrənilib: 

“Bilirsiniz ki, Dubayda, İstanbulda, Sinqapurda bu cür şopinq festivallar keçirilir və turist axınına çox müsbət təsir göstərir. Odur ki, prezident İlham Əliyevin təşəbbüsü ilə bu festival keçirilir. Qeyd edim ki, dünya təcrübəsində ilk dəfə olaraq “tax free”nin qaytarılması xarici turstlərlə yanaşı, həm də Azərbaycan vətəndaşlarına şamil olunacaq. Bu isə nəinki turizmin, ümumiyyətlə ticarətin stimullaşdırılması istiqamətində atılan addımdır. 

Bu il ilk dəfə keçirilən festival müəyyən sınaq müddəti tələb edir. Bizim fikrimiz var ki, ildə iki dəfə şopinq festivalı keçirək. Bildiyimə görə, artıq insanlar ticarətə, alış-verişə başlayıb. Bizim ehtimallarımıza görə, bu ticarət festivalı çərçivəsində büdcəyə 50 milyon manata qədər vəsait daxil olacaq. Hesab edirəm ki, bu gözəl bir fürsətdir, amma bunu peşəkarlıqla, həssaslıqla və diqqətlə yerinə yetirmək lazımdır”.

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri