25 
Apr
2017
14:15
85
28
2943
Virtual karabakh

“Exchange”lərin fəaliyyətinə görə lisenziya və rüsum tələb olunacaq

25 Apr, 2017
14:15
2943

“Exchange”lərin fəaliyyətinə görə lisenziya və rüsum tələb olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda valyuta mübadiləsi lisenziyalaşdırılmış sahibkarlıq növü olaraq qeydə alınacaq və buna görə rüsum tətbiq olunacaq.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanunun 22-ci (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) maddəsinə yeni bənd əlavə edilir.

Yeni bəndə əsasən, valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növü hesab ediləcək və buna görə 500 manat rüsum tələb olunacaq.

Layihə Milli Məclisdə səsə qoyularaq qəbul edilib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri