May
2017
10:28
7
62
1980
Virtual karabakh

Depozit hərracı yeni formatda keçiriləcək

4 May, 2017
10:28
1980

Depozit hərracı yeni formatda keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 8-dən etibarən Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən təşkil edilən depozit hərracları banklara rəqabətli və qeyri-rəqabətli sifarişlər verməyə imkan verən yeni hibrid formatda da keçirilə bilər.

Oxu.Az xəbər verir ki, “Marja”nın ələ etdiyi məlumata görə, bu barədə AMB-dən kommersiya banklarına bildirilib.

“Bundan sonra hərracın hansı formatda keçirilməsi barədə məlumat hər hərracın elanında göstəriləcək.

Məlum olduğu kimi, rəqabətli sifariş zamanı vəsait yerləşdirmək istəyən hər bir bank hərracda məbləğ ilə yanaşı, faiz dərəcəsini də qeyd edir. 

Qeyri-rəqabətli sifariş zamanı isə bank tərəfindən yalnız yerləşdirilmək istənilən məbləğ qeyd olunur. 

Hərracın sonunda qeyri-rəqabətli sifarişlər təmin edilmiş rəqabətli sifarişlər üzrə formalaşmış ortaçəkili faiz dərəcəsi ilə icra olunacaq. 

Yeni formatda hər bir bank yalnız bir rəqabətli və bir qeyri-rəqabətli sifariş verə bilər. 

Qeyri-rəqabətli sifarişlərin həcminə AMB tərəfindən cəlb olunacaq vəsaitin 20%-i həcmində limit tətbiq ediləcək və hər bir bank maksimum bu limit məbləğinədək qeyri-rəqabətli sifariş verə biləcək. 

Təqdim edilmiş qeyri-rəqabətli sifarişlərin ümumi həcmi limiti keçdikdə bu sifarişlər proporsional qaydada təmin ediləcək. Hərracda bütün banklar üzrə yalnız qeyri-rəqabətli sifarişlər təqdim edildikdə hərrac baş tutmamış hesab ediləcək”.

Depozit hərraclarının digər parametrləri (cəlb olunan vəsaitlərin müddəti, hərracın keçirilmə vaxtı, faiz dərəcələrinin intervalı və s.) ilə yanaşı, hərracın təşkil edilmə müddəti də dəyişməz olaraq saxlanılır (15 dəqiqə). 

Buna görə də, rəqabətli və qeyri-rəqabətli sifarişlər hərracın gedişatı ərzində eyni zamanda təqdim edilməlidir.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri