Aprel ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,71 manata (ilin əvvəlindən 1,76 manata) bərabər olub.
Bu barədə Dövlət Statistika Komitəsindən Oxu.Az-a bildirilib.
Apreldə milli valyutanın 1 avroya nisbətdə məzənnəsi 1,83 manata (1,88), 100 Rusiya rubluna nisbətdə isə 3,02 manata (3,02) bərabər olub.
U.A.
www.oxu.az