25 
May
2017
09:31
18
70
3159
Virtual karabakh

Dollar sabit qaldı, avro isə bahalaşdı

25 May, 2017
09:31
3159

Dollar sabit qaldı, avro isə bahalaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın mayın 25-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 24-ü ilə müqayisədə dəyişməyərək 1,7021 manat olub.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,9029 manatdan 1,9133 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə dəyişməyərək 0,0302 manat olub.

Türkiyə lirəsinin məzənnəsi 0,4757 manatdan 0,4785 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,2084 manatdan 2,2098 manatadək artıb. Gürcüstan larisinin məzənnəsi isə 0,7081 manatdan 0,7057 manatadək azalıb.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri