12 
İyn
2014
16:45
21
11
2122
Virtual karabakh

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “Road&Traffic” sərgisində – FOTO

12 İyn, 2014
16:45
2122

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “Road&Traffic” sərgisində – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa səfiri qurumun stendinə böyük maraq göstərib.

Bu gün Bakı Ekspo Mərkəzində IV Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisi – “Road&Traffic” keçirilib.

Oxu.Az xəbər verir ki, sərgidə çoxsaylı yerli və xarici kommersiya şirkətləri ilə yanaşı ölkənin nəqliyyat infrastrukturuna cavabdeh olan Azərbaycanın dövlət strukturları: Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, “Azəryolservis” ASC, “Bakı Metropoliteni” QSC, Avtomobil Nəqliyyatı Dövlət xidməti, “Azərbaycan dəmir yolları” QSC də iştirak edib.

Qeyd edək ki, sərgiyə gələnlərin diqqətini Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin stendi çəkib. Mərkəzin sərgi stendində şəhər küçələrində quraşdırılan, şəhər nəqliyyatına real zamanda nəzarət etmə imkanı yaradan və bu informasiyanı NİİM-ə ötürmə qabiliyyətinə malik olan müasir avadanlığın nümunələri sərgilənib.

NİİM nümayəndələri bütün suallara cavab verib, Mərkəzin işi haqqında danışıblar. NİİM-in stendinə baxmaq istəyənlərin ardı-arası kəsilməyib. Bu, mətbuat nümayəndələrinin də diqqətindən kənarda qalmayıb.

Sərgini öz sözləri ilə açan nəqliyyat nazirinin müavini Musa Pənahov qısa çıxışında qeyd etdi ki, NİİM-in yaradılmasından keçən iki il müddətində Mərkəz gözəçarpacaq uğurlar qazanıb.

Böyük ekranda çoxsaylı tamaşaçılara NİİM-in fəaliyyətinə həsr edilən film nümayiş etdirilib.

Eləcə də qeyd edilib ki, 107.7 “AvtoFM” radiosu dinləyicilərinə yollarda olan tıxaclar və mümkün alternativ yollar haqqında xəbər verərək şəhər nəqliyyatının tənzimlənməsinə öz töhfəsini verir.

Qeyd edək ki, sərgiyə gələn yüksək səviyyəli qonaqlar arasında Fransanın Azərbaycandakı səfiri Paskal Monye də var idi. Səfir də NİİM-in stendinə diqqət göstərib. 

P.Monye bəyan edib ki, Fransa Azərbaycanla sıx əməkdaşlıq qurmaqda maraqlıdır, o cümlədən də nəqliyyat infrastrukturunda.

Səfir qeyd edib ki, Fransanın şəhər nəqliyyatını intellektual idarəetmə analoji mərkəzləri NİİM ilə əməkdaşlıq etməyə niyyətlidir və bu yaxın gələcəyin işidir.

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri