18 
Sen
2014
10:10
33
5
2294
Virtual karabakh

NİİM hesabat verdi – VİDEO

18 Sen, 2014
10:10
2294

NİİM hesabat verdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəz İntellektual Nəqliyyat Sistemi texnologiyası əsasında fəaliyyət göstərir.

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi fəaliyyəti ilə bağlı hesabat verib.

Oxu.Az xəbər verir ki, NİİM bu barədə videoçarx hazırlayaraq, rəsmi Facebook səhifəsində yerləşdirib.

Qeyd edək ki, NİİM təhlükəsizliyi, rahatlığı, effektivliyi, çevikliyi və ətraf mühitin qorunmasını təmin edən İntellektual Nəqliyyat Sistemi texnologiyası əsasında fəaliyyət göstərir.

Bu texnologiya nəqliyyat informasiyasının birləşmiş şəbəkəsinə, nəqliyyatın monitorinqi və idarəedilməsinə, mövcud vəziyyətin təhlili və optimallaşdırılmasına, qəzaların və hadisələrin qeydə alınmasına, avtomatik rejimdə göstərişlərin formalaşdırılması və yerinə yetirilməsinə əsaslanır.

Həmin videohesabatı təqdim edirik:

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri