24 
Sen
2014
14:48
32
9
1797
Virtual karabakh

AZAL: “Wizz Air” Azərbaycana uçuşları davam etdirəcək

24 Sen, 2014
14:48
1797

AZAL: “Wizz Air” Azərbaycana uçuşları davam etdirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bizim nümayəndə heyəti danışıqlar üçün Budapeştə yollanıb”.

Macarıstanın "Wizz Air" aviaşirkəti Azərbaycana uçuşları davam etdirəcək.

Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Sabir İlyasov bildirib.

Onun sözlərinə görə, AZAL-ın nümayəndə heyəti sözügedən şirkətlə danışıqlar aparmaq üçün Macarıstana yollanıb.

“"Wizz Air" aviaşirkətinin Budapeştlə Bakı arasında aviareysləri yerinə yetirmək üçün Macarıstan tərəfinin Azərbaycanla dövlətlərarası sazişi yox idi. Onlar ancaq müvəqqəti protokol əsasında aviareyslərini yerinə yetirirdilər. Bizim nümayəndə heyəti danışıqlar üçün Budapeştə yollanıb. Onlar sentyabrın 27-də qayıdacaqlar”, - deyə S.İlyasov qeyd edib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri