Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rəqabət Məcəlləsinin qəbul olunacağı vaxt AÇIQLANDI
2021-ci ilin sonuna qədər Rəqabət Məcəlləsinin qəbul olunması gözlənilir.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunan media konfransda deyib.
O bildirib ki, Dövlət Xidmətinin İşçi Qrupu tərəfindən ötən il boyu Rəqabət Məcəlləsinin layihəsinin təkmilləşdirilməsi üzrə işlər görülüb:
“Ölkəmizdə rəqabətin təmin olunması üçün Rəqabət Məcəlləsinin qəbul olunması mütləqdir. Biz bu məcəlləni artıq hazırlamışıq və təkmilləşdirmə işləri başa çatıb. Prosesin qanunvericilik mərhələsindəyik. Layihə aidiyyəti qurumlara göndərilib”.
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
- SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb
- Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq
- Bakıda dövlət müəssisəsinin binası hərraca çıxarılır
- Azərbaycan və Gürcüstan birgə layihələrin perspektivlərini müzakirə ediblər