17 
Okt
2014
15:18
90
13
4247
Virtual karabakh

Şəfa Mehmanqızı: Avropa Oyunları ilə əlaqədar heç bir yol bağlanmayacaq - VİDEO

17 Okt, 2014
15:18
4247

Şəfa Mehmanqızı: Avropa Oyunları ilə əlaqədar heç bir yol bağlanmayacaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bunun üçün bütün məsələlər düşünülüb”.

2015-ci ildə keçiriləcək Avropa Oyunları zamanı Respublikamızda heç bir yol bağlanmayacaq.

Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, bunu “Günə Baxan” verilişində qonaq olan Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı deyib.

Onun sözlərinə görə, 2015-ci ildə keçiriləcək Avropa Oyunları zamanı Nəqliyyat məsələləri üzrə qərargah Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi seçilib. Mərkəzdə artıq bir ildən çoxdur ki, hazırlanan tədbirlər planı artıq yekunlaşaraq təsdiq olunub. 

Şəfa Mehmanqızı Avropa Oyunlarına gələn yarışmaçıların və qonaqların Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən təyin olunmuş marşrut üzrə yarış keçirilən ünvana rahat şəkildə gedə biləcəklərini açıqladı. 

Həmçinin Şəfa xanım onu da vurğuladı ki, bu zaman yerli sakinlər heç bir əziyyət çəkməyəcək. Bunun üçün bütün məsələlər düşünülüb və heç bir yol bağlanması olmayacaq.

 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri