23 
Okt
2014
21:00
21
142
6682
Virtual karabakh

Azərbaycanda neft quyusunda qəza: 3 nəfər ölüb - YENİLƏNİB

23 Okt, 2014
21:00
6682

Azərbaycanda neft quyusunda qəza: 3 nəfər ölüb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtkin düşmüş 1 nəfərin axtarışı xilasedicilər tərəfindən davam etdirilir.

ARDNŞ neft meydançasında baş verən qəza ilə bağlı növbəti məlumat yayıb.

ARDNŞ-dən Oxu.Az-a verilən məlumatda bildirilir ki, N.Nərimanov adına NQÇİ-də baş vermiş qəza nəticəsində itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq, sahilə çıxarlıb. İtkin düşmüş 1 nəfərin axtarışı isə xilasedicilər tərəfindən davam etdirilir. Nəticə barədə əlavə məlumat veriləcək.

17:45

Oktyabrın 23-də saat 12.00 radələrində “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQÇİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib.

Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb, meydançanın üstündən keçən 700 diametrlik boru kəməri qırılıb və yanğın baş verib. Saat 12.45 radələrində yanğın söndürülüb.

Uçqun zamanı ərazidə cəmi 41 nəfər işçi olub. Hadisə baş verəndən dərhal sonra qəza xilasetmə briqadası tərəfindən görülən operativ tədbirlər nəticəsində 37 nəfər ərazidən çıxarılaraq “Orion-15” və “PSK-52” gəmiləri vasitəsi ilə sahilə gətirilib.

İşçilərin arasında müxtəlif səviyyəli xəsarət alan şəxslərə lazımi tibbi yardım göstərilir. Hazırda dənizə düşməsi ehtimal olunan 4 nəfərin axtarışı davam etdirilir. Nəticə barədə əlavə məlumat veriləcəkdir.

Hadisənin araşdırılması məqsədi ilə xüsusi komissiya yaradılıb.

14:04

Azərbaycanda neft quyuları olan meydançada yanğın baş verib.

Oxu.Az xəbər verir ki, hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, yanğından əvvəl ərazidə güclü partlayış səsləri eşidilib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən də faktı təsdiqləyiblər. Məlumata görə, “Azneft” İstehsalat Birliyinin (İB) strukturuna daxil olan Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 441 saylı meydançasında partlayış olub.

Hadisə neft quyuları olan meydançada baş verib.

Ölən və yaralananlarla bağlı hələ ki məlumat yoxdur.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, hazırda yanğınsöndürənlər ərazidə yanğının qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir.

Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə deyiblər ki, hadisə baş verən əraziyə 3 həkim briqadası göndərilib. Xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.

Artıq, neft quyuları olan meydançada baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda xilasedicilər dənizə düşən bir nəfərin xilas edilməsi istiqamətində tədbirlər görür.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft quyuları olan meydançada baş verən yanğınla əlaqədar açıqlama yayıb.

SOCAR-dan verilən məlumata görə, N.Nərimanov adına NQCİ-nin ərazisində 441 saylı qəzalı meydançada uçqun baş verib. Uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşmüş və meydançanın üstündən keçən 700 diametrlik boru kəmərinin qırılması nəticəsində yanğın baş verib.

Yanğının qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları, “Vixır-5” yanğınsöndürən gəmisi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri cəlb olunublar.

SOCAR hadisənin səbəblərinin araşdırıldığını, əlavə məlumat veriləcəyini bildirib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, meydançada baş verən yanğın artıq söndürülüb: “Hazırda xilasedicilər dənizə düşən bir nəfərin xilas edilməsi istiqamətində tədbirlər görür”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri