Noy
2014
17:10
40
54
5775
Virtual karabakh

Quba-Xınalıq yolu açılıb - YENİLƏNİB

3 Noy, 2014
17:10
5775

Quba-Xınalıq yolu açılıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avtomobillərin hərəkəti üçün yaranmış məhdudiyyət tam aradan qaldırılıb.

Güclü qar səbəbindən bağlanan Quba-Xınalıq yolu açılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Quba 6 saylı Yol İstismar İdarəsinin (Yİİ) sahə rəisi Bilal Sultanov məlumat verib.

Onun sözlərinə görə, səhər saatlarından etibarən yolun qardan təmizlənməsi və açılması üçün əraziyə 6 saylı Yİİ-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Texnikanın köməkliyi ilə Xınalıq istiqamətində avtomobillərin hərəkəti üçün yaranmış məhdudiyyət tam aradan qaldırılıb.

Qeyd edək ki, güclü qarın yağması nəticəsində Quba-Xınalıq yolunun 30-cu km-dən sonra Xınalıq istiqamətinə maşınların hərəkəti dayanmışdı.

10:00

Ötən gündən başlayaraq Quba rayonuna yağmağa başlayan qar bir sıra fəsadlar törədib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, güclü qarın yağması nəticəsində Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti məhdudlaşıb.

Quba 5 saylı Yol İstismar İdarəsindən (Yİİ) verilən məlumata görə, yolun 30-cu km-dən sonra Xınalıq istiqamətinə maşınların hərəkəti qeyri-mümkündür.

Hazırda yolun qardan təmizlənməsi və yolun açılması üçün əraziyə 5 saylı Yİİ-nin texnikası və canlı qüvvəsi cəlb olunub.

G.Z.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri