BP neft şirkəti neftin ucuzlaşması ilə əlaqədar bir sıra layihələrin realizəsini dondura bilər.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin maliyyə direktoru Brayan Qilvari “The Sunday Times” qəzetinə verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, neftin ucuzlaşması şirkətin uzunmüddətli planlarına təsir etmir, amma bəzi layihələr dayandırıla və ya ləğv edilə bilər.
Bununla yanaşı əgər neftin qiyməti bir barel üçün 60-70 dollar arasında qalarsa şirkətin ehtiyat variantı da var.
Qilvari həmçinin bildirib ki, şirkət iş yerlərini ixtisar etmək niyyətindədir.
Cümə günü, dekabrın 5-də Londonun beynəlxalq qitə birjasında yanvar müqavilələrinə görə fyuçerslərinə görə Brent (Şimal dənizinin müxtəlif yataqlarından əldə edilən neftdən ibarət) markalı neftin qiyməti 0,9 dollar ucuzlaşaraq, bir barel üçün 68,74 dollardan ibarət olub.
Əgər cari həftənin sonuna qədər Brent neftinin qiyməti bu səviyyədə qalarsa, bu, 2009-cu ilin oktyabr ayından bu vaxta qədər ən aşağı göstərici olacaq.