13 
Yan
2015
10:32
17
177
13206
Virtual karabakh

Azərbaycanda sərinləşdirici içkilər bahalaşacaq – SİYAHI

13 Yan, 2015
10:32
13206

Azərbaycanda sərinləşdirici içkilər bahalaşacaq – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 24-dən etibarən.

“Azərbaycan Coca-Cola Bottlers” MMC-nin istehsal etdiyi bir sıra sərinləşdirici qazlı və qazsız içkilərin qiyməti 10-20 qəpik bahalaşacaq.

Bu barədə Oxu.Az MMC-nin rəsmi saytına istinadən məlumat verir. Şirkətin qiymət dəyişikliyi ilə əlaqədar elanında qeyd olunub ki, 24 yanvar 2015-ci il tarixindən aşağıdakı siyahıda adları göstərilmiş məhsullarda satış qiyməti artırılacaq.

Qiymətlər mərhələli şəkildə:

-    0,5 lt plastik qabda qablaşdırılan Cappy içkisinin tövsiyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə
-    0,5 lt plastik qabda qablaşdırılan Fuse tea içkisinin tövsiyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə
-    0,5 lt plastik qabda qablaşdırılan Burn içkisinin tövsiyə olunan satış qiyməti 1 manat 90 qəpikdən 2 manat 10 qəpiyə
-    0,5 lt plastik qabda qablaşdırılan Bonaqua (qazlı və qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 20 qəpikdən 25 qəpiyə
-    2 lt plastik qabda qablaşdırılan Bonaqua (qazlı və qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 50 qəpikdən 60 qəpiyə
-    5 lt plastik qabda qablaşdırılan Bonaqua (qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 1 manat 10 qəpikdən 1 manat 30 qəpiyə artırılacaqdır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri