Apr
2015
11:38
93
61
45332
Virtual karabakh

Azərbaycan Beynəlxalq Bankına yeni rəhbər təyin olundu

2 Apr, 2015
11:38
45332

Azərbaycan Beynəlxalq Bankına yeni rəhbər təyin olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fərid Axundov 23 may 1971-ci ildə anadan olub.

Azərbaycan Beynəlxalq Bankına yeni rəhbər təyin olunub. 

Oxu.Az xəbər verir ki, bu barədə Qafqazinfo-ya məlumat Beynəlxalq Bankdan daxil olub. 

Məlumata görə, “PaşaBank”ın sədri Fərid Axundov Beynəlxalq Banka sədr təyin edilib.

Məlumat üçün bildirək ki, Fərid Axundov 23 may 1971-ci ildə anadan olub.

Ali təhsilini 1987-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Sənayenin planlaşdırılması” fakültəsində alıb. 1993-cü ildə Nottinqem Trent Universitetinin (Bakı) Menecment kurslarını bitirib. 1995-ci ildə Britaniyanın Mançester şəhərində yerləşən Salford Universitetinin “Biznesin administrasiyası” fakültəsini bitirib.

03.1996-10.2003-cü illərdə Yaxın Şərq Britaniya Bankında Maliyyə nəzarəti şöbəsinin meneceri, Müştəri xidmətləri şöbəsinin meneceri, Baş icraçı direktorun müavini vəzifələrində çalışıb.

10.2003-06.2005-ci illərdə QSC “Bank Standard” KB-nın İdarə Heyətinin sədri vəzifəsində əmək fəaliyyətini davam etdirib.

07.2005-03.2007-ci illərdə “F.T.F” MMC-nin direktoru vəzifəsində çalışıb.

30.06.2007-ci il tarixdən isə “PaşaBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışır.

“Unibank”ın icraçı direktoru Cəlal Qasımov isə “PaşaBank”ın İdarə Heyətinin sədri gətirilib. O həmçinin Təhsil naziri Mikayıl Cabbarovun xalası oğludur.

E.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri