24 
Apr
2015
09:42
82
24
3861
Virtual karabakh

Azərbaycanda dərmanların qiymətlərini dövlət tənzimləyəcək

24 Apr, 2015
09:42
3861

Azərbaycanda dərmanların qiymətlərini dövlət tənzimləyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti məlumat yayıb.

Azərbaycanın Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.

Oxu.Az xəbər verir ki, Milli Məclis tərəfindən 16 dekabr 2014-cü ildə qəbul edilmiş “Dərman vasitələri haqqında” qanuna dəyişikliklərə əsasən, bundan sonra “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələri də daxil edilib.

Beləliklə, bundan sonra ölkədə dərman vasitələrinin ekspertiza xidmətləri, dövlətin qeydiyyata aldığı dərman vasitələrinin qiymətlərini Tarif Şurası müəyyənləşdirə biləcək.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri