May
2015
13:35
9
76
4585
Virtual karabakh

Keçmiş dövlət qulluqçuları nə qədər pensiya alır?

6 May, 2015
13:35
4585

Keçmiş dövlət qulluqçuları nə qədər pensiya alır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

DSMF pensiyaçıları bir araya topladı.

2015-ci il aprelin 1-nə olan  statistikaya əsasən, ölkəmizdə dövlət qulluqçusu kimi pensiya alanların sayı 13 863 nəfər təşkil edir.

Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şöbə müdiri Famil Qədimov Şəmkirdə  keçirilən regional “Açıq qapı günü”-vətəndaş forumunda bildirib.

Şöbə müdiri bildirib ki, onların 60,89 %- yaşa görə, 26,42 %-i  əlilliyə görə, 12,69 %-i isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçusu kimi pensiya alanların 69,7 %-i  kişilər, 30,3 %-i isə qadınlardır.

“Hazırda dövlət qulluqçularının orta aylıq pensiya məbləği 474,1 manatdır. Bu qəbildən olan pensiyaçılar ölkə üzrə pensiyaçıların 1,1 %-i  təşkil edir”-deyə, o qeyd edib.

Qeyd edək ki, Şəmkirdə keçirilən vətəndaş formunda Şəmkir, Tovuz, Gədəbəy, Ağstafa və Qazax rayonlarından olan  sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak edib.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri