May
2015
16:10
138
42
6343
Virtual karabakh

Nəqliyyat Nazirliyi (NİİM) Avropa Oyunları Təşkilat Komitəsi ilə birgə açılış mərasiminin test mərhələsini sınaqdan keçirdi - FOTO

9 May, 2015
16:10
6343

Nəqliyyat Nazirliyi (NİİM) Avropa Oyunları Təşkilat Komitəsi ilə birgə açılış mərasiminin test mərhələsini sınaqdan keçirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzdə yeni monitor quraşdırılıb.

2015-ci il iyunun 12-də start götürəcək Avropa Oyunlarından öncə şənbə günü, mayın 9-da Bakı Olimpiya Stadionunun hazırlıq vəziyyəti sınaqdan keçirilir.

Oxu.Az xəbər verir ki, ictimaiyyət üçün qapalı olan tədbir son həftələrdə arenalarda baş tutmuş oxşar təşəbbüslərin sonuncusudur. 

Mayın 9-da saat 12:00-dan 19:00-dək Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Keçirilən tədbir çərçivəsində Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetməsi Mərkəzində I Avropa Oyunları ilə bağlı idman yarışlarının keçiriləcəyi ərazilərdə NİİM tərəfindən işlənib hazırlanmış yol hərəkətinin idarə edilməsi planı da sınaqdan keçirilib. 

Belə ki, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin əməkdaşları, Nəqliyyatı İntellektual İdarəetməsi Mərkəzinin baş direktoru Elnur Abdullayev, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, Bakı şəhəri İcra Hakimiyyəti, “Bakı Sərnişin Nəqliyyat” MMC, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC, “Bakı Metropoliteni” QSC, I Avropa Oyunları Olimpiya Təşkilat Komitəsinin Nəqliyyat Koordinasiya Qrupunun nümayəndələrinin iştirakı ilə Oyunlar zamanı nəqliyyat əməliyyatlarının şəhər nəqliyyatının normal fəaliyyətinə minimal təsirini və  təhlükəsizliyin  təmin edilməsi ilə bağlı tədbirlər həyata keçirilib. 

Olimpiya Stadionunun sınaqdan keçirilməsi ilə əlaqədar yolların bağlanması nəticəsində paytaxtda nəqliyyatın hərəkətində sıxlıq yaranmaması üçün zəruri addımlar atılıb.  

Onu da qeyd edək ki, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində NİİM-in ilk Avropa Oyunları ilə əlaqədar nəqliyyat axının izlənilməsi və nəqliyyat məlumatlarının ötürülməsinin daha operativ təşkili üçün yenilənmiş ümumi izləmə monitoru da bu gün sınaqdan çıxarılıb. 

Ümumi sahəsi 120 m2 olan monitor müasir texnologiyaya cavab verən LED işıqlarla əvəz olunub. Bu isə daha dəqiq və mükəmməl görüntü, enerjiyə qənaət və monitorun daha effektiv çalışması deməkdir. 

Qeyd edək ki, Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi I Avropa Oyunlarının nəqliyyat məsələləri üzrə qərargahı seçilib və I Avropa Oyunları zamanı bütün nəqliyyat əməliyyatları NİİM-dən idarə olunacaqdır. Oyunlar zamanı nəqliyyat məsələləri ilə bağlı aidiyyəti üzrə bütün qurumların səlahiyyətli nümayəndələri qərargahda olacaq və qərargah 24 saat fəaliyyət göstərəcəkdir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri