19 
May
2015
12:35
197
5
3819
Virtual karabakh

NİİM Bakıda parkinq icazələrinin verilməsi ilə bağlı məlumat yaydı – FOTO

19 May, 2015
12:35
3819

NİİM Bakıda parkinq icazələrinin verilməsi ilə bağlı məlumat yaydı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 15-dən etibarən.

Mayın 15-dən etibarən Parkinq İcazələri artıq Mənzil İstismar İdarələri tərəfindən paylanılır.

Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

İyun ayından etibarən hər bir yarış və əsas qeyri-yarış obyektləri ətrafında Parkinqə Nəzarət Zonalarında parkinqə nəzarət qaydaları qüvvəyə minəcək.

Bu nəzarət zonalarının məqsədi yarış obyektlərinə yaxın ərazilərdə qanunla icazə verilən yerlərdə yalnız burada yaşayan sakinlərə parkinqə icazə verməklə, sakinlərin evlərinə rahat gediş-gəlişini təmin etməkdir.

Bu səbəbdən sürücülərə qısa bir zamanda Parkinq İcazələrini Mənzil İstismar İdarələrindən əldə etmələri tövsiyə olunur.

Parkinqə Nəzarət Zonalarına aid vacib məlumatlar:

• Bütün nəqliyyat vasitələri heç bir məhdudiyyətsiz və buraxılışsız bu zonaya daxil ola və hərəkət edə bilərlər.

• Parkinqə Nəzarət Zonasında yaşayan sakinlərdən başqa heç kimə Parkinq İcazəsi verilməyəcək.

• Qeyd: Avtomobillərini şəxsi həyətlərində, yeraltı parkinq ərazilərində və ya şəxsi qarajlarında park edən sakinlər üçün Parkinq İcazəsi tələb olunmur.

• Bu zonaya daxil olan ərazidə fəaliyyət göstərən şirkətlər/qurumlarda çalışan şəxslərə, əgər çalışdıqları şirkət və ya qurumun əməkdaşları üçün parkinq ərazisi yoxdursa, işə gəliş-gediş üçün ictimai nəqliyyatdan istifadə etmələri məsləhət görülür. Sözügedən şəxslər öz avtomobillərini qanunla nəzərdə tutulmuş qaydada parkinqə icazə verilən ərazilərdə (Parkinqə Nəzarət Zonaları istisna olmaqla) və xüsusi dayanacaqlarda saxlayaraq iş yerinə gedə bilərlər.

• Bakıda qeydiyyatda olmayan, lakin Parkinqə Nəzarət Zonalarında yaşayan sakinlər Parkinq İcazəsi üçün Mənzil İstismar İdarələrinə müraciət edərək, yaşadıqları ünvan haqqında sənəd əldə edə bilərlər

• 31 yanvar, 2015-ci il tarixinədək qeydiyyatdan keçmiş vətəndaşlardan yalnız Parkinq İcazəsi almalı olan vətəndaşlara (zəhmət olmasa, Parkinqə Nəzarət Zonalarına daxil olan xəritə və küçələrin siyahısına baxın) icazələri almaq üçün Mənzil İstismar İdarələrinə müraciət etmələri xahiş olunur

• 31 yanvar, 2015-ci il tarixinədək qeydiyyatdan keçmiş vətəndaşlardan Parkinq İcazəsinə heç bir ehtiyacı olmadığı halda (məs, yaşadıqları ərazi Parkinqə Nəzarət Zonalarına daxil deyilsə), verilməyəcək. Zəhmət olmasa, yarış obyektləri üzrə müvafiq Parkinqə Nəzarət Zonaları xəritələrində küçələrin siyahısına bir daha diqqət yetirin.

• 31 yanvar, 2015-ci il tarixinədək qeydiyyatdan keçə bilməyən, lakin Parkinq İcazəsi almalı olan vətəndaşlar 15 may tarixindən yenidən Mənzil İstismar İdarələrinə müvafiq sənədlərlə müraciət edərək qeydiyyata düşə və eyni gündə Parkinq İcazələrini əldə edə bilərlər.

• Etibarlılıq müddəti: Parkinq İcazəsi yalnız 1 – 30 iyun, 2015-ci tarixləri müddətində etibarlıdır.

• Təqdim ediləcək sənədlər:

1. Faktiki yaşadığı ünvanı təsdiq edən sənəd

2. Nəqliyyat vasitəsinin passportu

3. Sürücülük vəsiqəsi

• Parkinq İcazəsi nəqliyyat vasitələrinin ön şüşəsində yerləşdirilməlidir.

• Sakinlər heç bir ödəniş etmədən Parkinq İcazəsi ilə təmin olunacaq.

• İtirilmiş/oğurlanmış Parkinq İcazələri YENİSİ İLƏ ƏVƏZ OLUNMAYACAQ. Onlara ehtiyatla davranmanız xahiş olunur. Parkinq İcazəsi zədələndiyi halda, etibarsız sayılacaq.

• Parkinq İcazəsi olmadan Parkinqə Nəzarət Zonalarında park edilən maşınlar Yol Polisi tərəfindən evakuatorlarla ərazidən götürüləcək və cərimə tətbiq olunacaq.

• Parkinq İcazəsi nəqliyyat vasitəsinin qeyri-qanuni park edilməsinə heç bir hüquq vermir.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri