İyn
2015
13:27
11
63
1528
Virtual karabakh

SOCAR Avropa Oyunları ilə əlaqədar neft ixracını azaltdı

3 İyn, 2015
13:27
1528

SOCAR Avropa Oyunları ilə əlaqədar neft ixracını azaltdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rövnəq Abdullayev açıqlama verdi.

Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) neft məhsulları ixracını bir qədər azaldıb. Bilirsiniz ki, iyun ayının 12-də Avropa Oyunları start götürür. Ölkədə yanacağa böyük tələbat var. Və biz həmin tələbatı ödəmək üçün ixracı bir qədər azaltdıq ki, anbarlarda yanacaq ehtiyatı çox olsun.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, hazırda başçılıq etdiyi şirkət ölkənin yanacağa olan tələbatını tam şəkildə ödəməyə hazırdır.

SOCAR prezidenti həmçinin neftin qiymətinin azalmasının şirkətin həyata keçirdiyi layihələrə necə təsir göstərməsi barədə danışıb:

“Bütün layihələrimiz həyata keçirilir. Hələ ki, heç bir layihəni dayandırmamışıq. Həyata keçirilən layihələrin maliyyələşmə məsələləri artıq həll olunmuşdu. Maliyyə mənbələri məlum idi və buna görə də, bütün layihələr öz qaydasında, qrafiklə həyata keçirilir”.

R.Abdullayev həmçinin neft şirkətinə aid ərazilərdə inşa olunan evlərlə də bağlı danışıb və hökumətin bu sahədə qərar üzərində işlədiyini qeyd edib:

“Son vaxtlar Masazır ərazisində olan son hadisələr (yerin altından qaz sızması) göstərdi ki, neft ərazisində inşa olunan obyektlər orada çalışan insanlar üçün də təhlükəlidir. Neft ərazilərində, yataq ərazilərində tikinti aparmaq insanların özlərinə zərərlidir”.

SOCAR prezidenti həmçinin “Azərneftyağ” zavodunun köçürülməsi məsələsini də şərh edib və prosesin hazırda davam etdiyini bildirib:

“Biz hazırda “Azərneftyağ” zavodunun köçürülməsini həyata keçiririk. Hələlik Heydər Əliyev adına neft emalı zavodunu modernləşdiririk. 2030-cu ilədək bizim benzinə olan tələbatımızı bu zavod ödəyəcək. Orda yeni bitum qurğusu inşa edilir ki, bundan sonra biz Azərbaycanın bituma olan tələbatını ödəyəcəyik. Yağ zavodunun demontajı zamanı isə oradakı bitum qurğusu və bir sıra digər köhnə qurğular satışa çıxarılacaq”.

Ülviyyə R. Əli
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri