Türkiyədə Azərbaycan əsilli milyarder Telman İsmayılovun atasının adını daşıyan və 1,4 milyard dollara başa gələn, dünyanın ən dəbdəbəli otellərindən olan yeddiulduzlu “Mardan Palace”-in satışı ləğv olunub.
Oxu.Az Hurriyet-ə istinadən xəbər verir ki, Telman İsmayılov borcunun bir qismini ödəyib.
Yayılan məlumata əsasən, Antalya bələdiyyəsinin 4-cü İcra Müdirliyinə 100 milyon ödəyərək İsmayılov otelin satışını ləğv edib.
Bildirilir ki, Telman İsmayılov otelə görə ödəməli olduğu 100 milyon dollar borcu 4 il ərzində, ildə 25 milyon dollar olmaqla bağlayacaq.
Qeyd edək ki, “Mardan Palace”a Antalya bələdiyyəsi tərəfindən həbs qoyulub və satışa çıxarılmışdır.
Otel Antalya bələdiyyəsinin 4-cü İcra Müdirliyi tərəfindən iyunun 3-də hərraca çıxarılmalı idi.
E.Ə.
www.oxu.az