29 
İyl
2015
16:23
107
78
11843
Virtual karabakh

Telman İsmayılovun otelinə həbs qoyuldu

29 İyl, 2015
16:23
11843

Telman İsmayılovun otelinə həbs qoyuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məhkəmə qərarı var.

Türkiyənin Antalya bölgəsində yerləşən, Azərbaycan əsilli milyarder Telman İsmayılova (AST Telman) məxsus olan Mardan Palace oteli yenidən borca görə məhkəməyə verilib.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sonuncu dəfə 100 milyon dollar borca görə satışa çıxarılan, lakin son anda borcun 4 il ərzində ildə 25 milyon dollar ödənilməsi barədə razılıq əldə edilməsi ilə sahibinə geri qaytarılan Mardan Palace-ə bu dəfə 2,2 milyon dollarlıq borca görə həbs qoyulub.

Bildirilir ki, 1,5 milyard dollara başa gələn və 2010-cu ildə dünya kino ulduzlarının iştirakı ilə açılan Mardan Palace oteli ilə bağlı məhkəmələrdə 67 iş olub.

Onlardan bəziləri bağlansa, iddiaçılar öz ərizələrini geri götürsələr də, digərləri üzrə məhkəmə çəkişməsi hələ də davam edir.

Hazırda isə İstanbul Kadıköy 3-cü İcra Dairəsindən Antalya 6-cı İcra Dairəsinə göndərilən təlimatda “Art Decor” firmasına 2 milyon 254 min 898 türk lirəsi borca görə otelin müsadirəsi tələb edilib.

Müsadirə haqda qərar verilməsinə baxmayaraq, İstanbuldan təlimatın xərcləri ödənilmədiyi üçün müsadirə qərarı icra olunmur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri