Neftin qiyməti hərracların gedişində yenidən 44 dolları keçib.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, hazırda WTI (West Texas Intermediate) markalı neftin qiyməti 1,25 dollar və ya 3,27% bahalaşaraq 39,49 dollar təşkil edib.
Bundan başqa, Londonun ICE birjasında Brent markalı neftin bir barelinin qiyməti 1,41 dollar və ya 3,30% bahalaşaraq, 44,10 dollara çatıb.
Qeyd edək ki, bir neçə gündür neftin qiyməti son 6 ildə ən aşağı səviyyəyə enib.
Ülviyyə R. Əli
www.oxu.az