26 
Avq
2015
13:25
55
20
5005
Virtual karabakh

Neft bazarında nə baş verir? - RƏY

26 Avq, 2015
13:25
5005

Neft bazarında nə baş verir? - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Onlar ucuz neft arzusunda olacaqlar”.

Neftin qiymətinin ucuzlaşmasına iqtisadi amillər və gözlənilən qərarlar təsir göstərir. Hətta deyərdim ki, siyasi amil artıq ikinci plandadır.

Oxu.Az-a bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban neft bazarında baş verən son prosesləri şərh edərkən bildirib. 

Onun sözlərinə görə, 2015-ci ilin noyabrın 25-də Beynəlxalq Atom Agentliyi (MAGATE) İranla bağlı 90 günlük hesabatını “Altılıq” ölkələrinə təqdim edəcək. Əgər hesabat “Altılıq” ölkələri tərəfindən müsbət qəbul edilsə, bu halda neftin qiyməti ucuzlaşacaq:

“Bu hesabat təqdim edildikdən sonra, İran bazara 100% neft çıxartmaq hüququna malik olacaq. Bazarda qiymətlər ucuzlaşacaq”. 

Ekspert bildirib ki, adətən neft idxal edən nəhəng ölkələr qışa hazırlıq (neftin alışı ilə bağlı) görürlər. Amma idxalçılar İran faktorunu nəzərə almaqla, gözləmək mövqeyini tutacaqlar:

“Onlar neftin alınması ilə bağlı tərəddüd edəcəklər. İdxalçılar ucuz neft arzusunda olacaqlar”.

İlham Şabanın sözlərinə görə, sentyabrın 2-ci yarısından qış mövsümünə hazırlıq başlanılacaq. Bu hazırlıqla əlaqədar olaraq, neftin qiyməti 55 dollardan yuxarı bir həddə start götürəcək:

“Əslində bahalaşma olmalıdır, çünki bu mövsümi dəyişiklik baş verir, bununla bağlı da qiymətlərin artması olmalıdır. Bir normal bir haldır. Bu tendensiya olmasa bu, o deməkdir ki, bazarda tələb təklifi üstələyib”.

Neftin qiymətinin bir gün içində 4 dollar dəyər itirməsindən sonra, cüzi də olsa bahalaşmağına Çin faktorunun təsir göstərdiyini qeyd edib:

“Çinin fond birjaları birdən-birə 9% aşağı düşdü. Çin itkiləri kompensasiya etmək üçün bazara 20 milyard dollar vəsait buraxdı. Bununla belə, səhəri gün 20 milyard dolların bu ölkənin iqtisadiyyatını bərpa etməyin mümkünsüz olduğunu anladıqdan sonra, qiymətlər yenidən 44 dollardan aşağı düşdü. Dünən London birjası 43 dollarla bağlanmışdı”- deyə, o bildirib. 

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri