21 
Apr
2017
11:05
68
13
7045
Virtual karabakh

“Apple”ın yeni ofisindən son görüntülər – VİDEO

İnternetdə ABŞ-ın “Apple” korporasiyasının inşaatı başa çatmaqda olan ofis kompleksinin yeni görüntüləri yayılıb.

Oxu.Az-ın  İKT.lent.az-a istinadən xəbərinə görə, video “YouTube”dakı “Duncan Sinfield” kanalında yerləşdirilib.

“Apple Campus 2”-də tikinti, demək olar ki, sona yetib. Binanın perimetri üzrə şüşə panellərin, eləcə də binanın damında günəş panellərinin quraşdırılması yekunlaşıb. Hazırda binanın içərisində işlər davam edir, mebellər yerləşdirilir. Paralel olaraq ofis kompleksinin çevrəsində abadlaşdırma işləri aparılır.

Qeyd edək ki, nəhəng ofis Kaliforniyanın San Xose şəhərində tikilib. Yaxın aylarda kampusun açılışı gözlənilir.

N.O.

www.oxu.az

Digər İKT xəbərləri