22 
İyn
2017
12:16
73
8
1127
Virtual karabakh

Çinli şirkət bazara əyilən ekrana malik noutbuk çıxarmaq istəyir

22 İyn, 2017
12:16
1127

Çinli şirkət bazara əyilən ekrana malik noutbuk çıxarmaq istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin “Lenovo” şirkəti əyilən ekrana malik noutbuk konsepsiyasını nümayiş etdirib.

Oxu.Az “ICTnews”-a istinadən xəbər verir ki, təqdimat Nyu-Yorkda keçirilən “Lenovo Transform” tədbirində baş tutub.

Şirkətdən bildiriblər ki, söhbət hələlik ənənəvi qatlanma mexanizmi olmayan, əyilmiş displeyə malik və standart klaviaturalı leptop ideyasından gedir. Cihaz yeni texnologiyadan istifadə edilməklə yeni materiallardan hazırlanacaq. Noutbuk səs komandalarını və əlyazmanı dəstəkləyəcək. Başqa xüsusiyyətlər haqda məlumat verilməyib.

Qeyd edək ki, indiyə qədər bir çox şirkət əyilmiş displeyə malik prototip nümayiş etdirsə də, hələlik bu ideyalar reallaşmayıb. 2016-cı ilin iyununda “Lenovo” 2 ədəd OLED-ekranlı əyilən smartfon prototipi təqdim edib, lakin yeni məhsulun 5 il ərzində bazara çıxarılması planlaşdırılır.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri