Azərbaycanı “Avroviziya 2024” mahnı müsabiqəsində Fahree (Fəxri İsmayıl) və müğənni İlkin Dövlətov təmsil edəcəklər.
Bu barədə İlkin Dövlətov sosial media hesabında məlumat verib.
O, beynəlxalq mahnı müsabiqəsində səsləndiriləcək mahnının muğam hissəsini oxuyacaq.
“Avropa, gözlə, muğam gəlir”, - deyə İlkin bildirib.
Qeyd edək ki, bu il yarış 7-11 may tarixlərində İsveçin Malmö şəhərində keçiriləcək. Təmsilçilərimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcəklər.
Rəylər