23 
İyl
2016
15:05
252
117
3825
Virtual karabakh

İlham Əliyev Angela Merkelə başsağlığı verdi

23 İyl, 2016
15:05
3825

İlham Əliyev Angela Merkelə başsağlığı verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelə başsağlığı məktubu göndərib.

Oxu.Az-ın xəbərinə görə, başsağlığı məktubda deyilir: 

“Hörmətli xanım Federal Kansler, Münxendə ticarət mərkəzinə silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi. Baş vermiş faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Qeyd edək ki, dünən Münxendə ticarət mərkəzinə  edilən silahlı hücumda 10 nəfər ölüb, xeyli insan yaralanıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri