10 
Yan
2017
20:11
29
195
815
Virtual karabakh

Fransanın dövlət katibi Azərbaycana gəlir

Fransanın inkişaf və frankofoniya üzrə dövlət katibi Jan Mari Le Quen yanvarın 10-11-də Azərbaycana səfər edəcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə Report Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

O, səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Jan Mari Le Quenin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü də planlaşdırılır.

Həmçinin, Fransanın dövlət katibi 2016-cı ilin sentyabrında açılmış Fransa-Azərbaycan Universitetinə (UFAZ) baş çəkəcək.

S.B.
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Siyasət xəbərləri