23 
Fev
2017
11:28
425
47
1699
Virtual karabakh

Azərbaycan Prezidenti “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclasında iştirak edib – YENİLƏNİB

23 Fev, 2017
11:28
1699

Azərbaycan Prezidenti “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclasında iştirak edib – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı işə başlayıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.

Tədbirdə, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şevçoviç iştirak edirlər.

Əvvəlcə birgə foto çəkdirilib.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söyləyib.

Sonra Maroş Şevçoviç çıxış edib.

Toplantı işini plenar sessiyalarla və “dəyirmi masa” ilə davam etdirir.

10:19

Bu gün Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III iclası öz işinə başlayıb.

Oxu.Az xəbər verir ki, tədbirə Azərbaycan prezidenti İlham Əliyev də qatılıb. Ölkə başçısı tədbirdə nitq söyləyib.

Qeyd edək ki, iclasda ABŞ-ı dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqan, Böyük Britaniyanı baş nazirin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson, Avropa İttifaqını (Aİ) isə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç təmsil edir.

Aİ-nin nümayəndə heyətinin tərkibinə həmçinin Avropa Komissiyasının nümayəndələri Bernard Birvert, Andras Rozmer, Kurt Qlayzer və Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard daxildir.

N.О. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri