26 
Apr
2017
18:12
99
50
4577
Virtual karabakh

Mirhəsən Seyidov: 200-dən çox təşkilat İlham Əliyevə müraciət edib

26 Apr, 2017
18:12
4577

Mirhəsən Seyidov: 200-dən çox təşkilat İlham Əliyevə müraciət edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir il müddətində Azərbaycanda fəaliyyət göstərən Maliyyə Bazarlarına Nəzarət Palatası indiyədək Milli Məclisdə qaldırılması üçün bir neçə qanun layihəsi ilə çıxış edib. Təəssüf doğuran məsələdir ki, hazırlanmış qanun layihələrinin mahiyyəti yaxşı səslənsə də qanun layihələrin tətbiqində iştirak edəcək hazır cəmiyyət formalaşmayıb. 

Oxu.Az-ın xəbərinə görə, bunu “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib. 

O, bildirib ki, təklif olunan qanun layihələrinin bir çox böyük əksəriyyəti Azərbaycanda olan digər qanunvericilik aktlarına ziddiyət təşkil edir:

“Bu onun göstəricisidir ki, təklif olunan qanun layihələri Azərbaycanda maliyyə bazarlarının vəziyyətinin yaxşılaşdırılması deyil birbaşa maliyyə bazarlarına nəzarət orqanın səlahiyyətlərinin artırılmasına xidmət edir. 

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4 və 3.5- ci maddələrinin implementasiyasına dair 04/15-174 nömrəli tərəfindən verilən daxili qərarla banklar qanunun tələblərini ciddi şəkildə pozur. Azərbaycanda vətəndaş cəmiyyəti institutları arasında 3000-dən artıq fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının fəaliyyətinin müəyyən daxili qərarlar əsnasında sıxışdırılması və qanun tələblərinin doğru icra olunmaması fəaliyyətdə olan təşkilatların həyata keçirilməkdə olan layihələrinə və bilavasitə öhdəliklərinə ciddi problemlər yaratmaqdadır. 

Qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı qeyd olunan fikirlər, bir neçə deputatlar tərəfindən qanununda boşluqların olduğuna dair fikirlərin səsləndirilməsi, gün ərzində mətbuatda QHT sədlərinin səsləndirdiyi və verdiyi bəyanatlar görünür ki, MBNP-nın mətbuat xidməti nəzərindən işlərin çoxluğundan yayınıb. Məhz bu səbəbdən, hələ də bu günə kimi banklara xüsusi tapşırıqlar verməyə, təzyiq göstərməyə, qanuna qarşı çıxmağa çalışır.

Daxili emaillarla, bank rəhbərlərini palataya toplamaqla tapşırıqlar verən MNBP-sı birbaşa Gənclər Təşkilatlarının gördüyü işə əngəl yaratdığı üçün 200-dən çox gənclər təşkilatları və QHT-lər adından Prezident İlham Əliyevə birbaşa müraciət ünvanlamışıq. Həmin müraciətin bir nümunəsi də Palataya göndərilib

Azərbaycanda fəaliyyət göstərən QHT-lərin qeyri kommersiya təşkilatı olduğunu, bütün qeyri-kommersiya fəaliyyəti ilə vergi ödəmələrindən azad olduğunu, əsas məqsədinin gəlir əldə etmək olmadığını, əvəzi ödənilməyən dövlət maliyyəsi əsnasında bağlanılmış qrant müqavilələri və xidməti müqavilələrinin kommersiya məqsədi olmadığını unudan banklara verilən daxili tapşırıqlara görə fondlar tərəfindən maliyyələşdirilən layihələrin icrasında çox ciddi gecikmələr və problemlər yaşanmaqdadır. Məlumat üçün qeyd edim ki, bütün layihələr fondlar tərəfindən müsabiqə qalibi olduqdan dərhal sonra dövlət qeydiyyatında alınması üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən bildiriş əsnasında banklarda əməliyyat edə bilirlər. Verilən qərar isə bu bildirişlərin artıq təsdiqedici sənəd olmadığını sübut edir”. 

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri