14 
Fev
2019
18:44
607
164
7256
Virtual karabakh

Mehriban Əliyeva Gəncədə - FOTO

14 Fev, 2019
18:44
7256

Mehriban Əliyeva Gəncədə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncə şəhərinə gediblər.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Birinci vitse-prezidentə son illərdə şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Mehriban Əliyeva Regional İnkişaf İctimai Birliyinin nümayəndələri ilə görüşüb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri