Rusiya parlamentinin üst qurumu olan Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Vladimir Cabarov Qarabağ probleminin həll edilməsi yolunda Azərbaycan qarşına qoyulmuş əsas şərtdən danışıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, o, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmaq qərarını verəcəyi təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həll edilə biləcəyini deyib:
“Bu elə münaqişənin həll variantıdır. Çünki hər iki ölkə eyni iqtisadi birlikdə olacaq”.
Qeyd edək ki, Avrasiya İqtisadi Birliyi 2015-ci ilin yanvarın 1-də fəaliyyətə başlayır.