“İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir”.
Bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibəti ilə Azərbaycan xalqına ünvanladığı təbrikdə bildirib.
“İnanıram ki, yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ab havası ilə həmahəng birlik və həmrəylik nümayiş etdirəcək, böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik”, - deyə dövlət başçısı əlavə edib.